Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rasim Ramaldanovun komandası olan "Kolxeti" də növbəti matçına çıxıb. Poti təmsilçisi doğma meydanda "Saburtalo"nu 1:0 hesabı ilə məğlub edib.
Rasim Ramaldanov qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 4 turdan sonra 9 xalla yer aldığı "altılıq"da 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi