Portuqaliya Premyer Liqasında III turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, "Sportinq" "Portu"nu qəbul edib və 2:1 hesabı ilə məğlub edib. Əlcəzair millisinin futbolçusu İslam Slimani üçün bu oyun "Sportinq"in heyətində sonuncu olub. Oyunun 14-cü dəqiqəsində qol vuran 28 yaşlı futbolçu qarşılaşma bitəndən sonra göz yaşlarına hakim ola bilməyib. 2013-cü ildən komandada çıxış edən futbolçu Lissabon təmsilçisindən ayrılacaq.
Slimaninin yaxın günlərdə "Lester Siti" ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, əlcəzairli forvard "Sportinq"də 82 oyuna 48 qol vurub.
saytlarin hazirlanmasi