Ukrayna Premyer Liqasında 6-cı turun qarşılaşmaları keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" da növbəti matçına çıxıb. Həmyerlimizin komandası öz meydanında "Şaxtyor"u qəbul edib. Qarşılaşma Donetsk təmsilçisinin 1 - 0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların qolunun müəllifi 78-ci dəqiqədə Fakundo Ferreyra olub.
Pavel Paşayev bu matçda start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, 5 turdan sonra aktivində 5 xal olan "Stal" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Şaxtyor" isə 18 xalla liderdir.
saytlarin hazirlanmasi