Azərbaycanlı futbolçu komandasına qələbə qazandırdı

16:47 - 29 Avqust 2016

Futbol üzrə Latviya birinci liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdiyi "Olayne/Super Nova" da növbəti matçına çıxıb.

 

Sözügedən klub səfərdə "Preilu" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının 2  - 0 hesablı qələbəsi ilə başa çatıb.

 

Hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Orxan fasilədə, Vüqar isə 88-ci dəqiqədə əvəzlənib.

 

Komandasının bombardiri olan Vüqar bu matçda da fərqlənib. O, 67-ci dəqiqədə görüşdə son nöqtəni qoyub. Bununla da o, vurduğu qolların sayını 24-ə çatdırıb. Həsənəliyev isə geridə qalan turlarda 9 qol vurub.

 

Qeyd edək ki, geridə qalan turlarda 40 xal toplayan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti