Azərbaycanlı futbolçu Tərlan Əhmədov Türkiyədə klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Qəbələ"nin yetirməsi olan Əhmədov Türkiyənin aşağı liqasında mübarizə aparan "Kültürspor" klubu ilə 1 illik müqavilə imzalayıb. Əhmədovun təqdimetmə mərasimində klubun prezidenti Levent Meric də iştirak edib.
Qeyd edək ki, Tərlan Əhmədov 19 yaşadək milli komandamızın üzvü olub.
saytlarin hazirlanmasi