"Fortuna"da çıxış edərkən Azərbaycan yığmasına dəvət alacağımı gözləmirdim"

11:58 - 31 Avqust 2016

Millimizin və Almaniyanın "Duysburq" klubunun forvardı Tuğrul Erat yeni klubundakı karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, gənc hücumçu "Dusyburq"a uyğunlaşdığını bildirib:

 

"Duysburq"da oynamaq mənim üçün çətin deyil. Komandaya uyğunlaşmışam və ötən tur qol da vurdum. "Fortuna" Düsseldorfda çıxış edərkən Azərbaycan yığmasına dəvət alacağımı gözləmirdim. Çünki əvəzedicidə oynayırdım. Amma indi daim əsas heyətdə çıxış edirəm. Yaxşı potensialım var və özümü göstərəcəyimə inanıram. Komandamızın baş məşqçisi İlya Qruyev mənə inanır".

 

Qeyd edək ki, Tuğrul Erat yay transfer pəncərəsində "Fortuna"dan "Duysburq"a keçib.

Xəbər xətti