Milli komandamızın və "Trabzonspor"un hücumçusu Ramil Şeydayev Türkiyə mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, gənc futbolçu "Trabzonspor"a uyğunlaşdığını bildirib:
“Trabzonspor”a tez uyğunlaşdım. Ancaq bu, mənim yox, komandanın sayəsində oldu. Tez uyğunlaşmağımda komanda yoldaşlarımın mənə çox köməyi oldu. İndi yalnız oynamaq qalıb. Qısa zamanda “Trabzonspor”un heyətində oyunlara çıxacağıma ümid edirəm”.
saytlarin hazirlanmasi