Cənubi Amerikada DÇ-2018-in seçmə mərhələ oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Argentina millisi Uruqvayla üz-üzə gəlib. Argentinalılar bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb. Yeganə qolu 42-ci dəqiqədə Lionel Messi vurub.
Qeyd edək ki, Lionel Messi ABŞ-da keçirilən Kopa Amerikanın finalında Çiliyə məğlubiyyətdən sonra bir daha milli komandanın formasını geyinməyəcəyini bildirmişdi. Lakin yeni baş məşqçi Edqardo Bauzanın gəlişindən sonra o bu qərarından daşınmışdı.
Argentina 1 - 0 Uruqvay
Qol: Messi, 42
saytlarin hazirlanmasi