Lionel Messi qayıdışından danışdı

14:14 - 2 Sentyabr 2016

Cənubi Amerikada DÇ-2018-in seçmə mərhələ oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Argentina millisi Uruqvayla üz-üzə gəlib. Argentinalılar bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb. Yeganə qolu 42-ci dəqiqədə Lionel Messi vurub. Oyundan sonra Messi jurnalistlərə açıqlama verib:

 

“Milli komandaya geri döndüyüm üçün sevincliyəm. Millidən getdiyim zaman nə hisslər keçirdiyimi söyləmişdim. Çox məyus idim. Komandamızda çıxış edən bütün oyunçular pis olmuşdu. Daha sonra fikirləşdim və geri döndüm. Qol vurduğum üçün çox xoşbəxtəm”.

 

Ulduz futbolçu hazırda zədəli olduğunu qeyd edib:

 

“Hazırda yüngül  zədəm var. Venesuela ilə matçda çox güman oynamayacam”.

Xəbər xətti