Podolski fevralda son oyununu keçirəcək

17:48 - 3 Sentyabr 2016

Almaniya millisinin üzvü Lukas Podolskinin yığma karyerasının başa vurduğu haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu İngiltərə ilə oynanılacaq yoldaşlıq matçında sonra komanda ilə vidalaşacaq.

 
Bu, həm də onun yubiley matçı olacaq. Podolski 2004-cü ildən bu yana 127 dəfə milli formasını geyinib və 48 qol vurub. Podolski 48 qolun 2-ni Azərbaycan yığmasının qolkiperi Kamran Ağayevin qoruduğu qapıdan keçirib. O, bu qolları Almaniyanın millimizi 4:0 və 6:1 hesabı ilə darmadağın etdiyi matçlarda vurub.

 
Qeyd edək ki, Almaniya və İngiltərə arasında oynanılacaq yoldaşlıq matçı 2017-ci ilin fevralında baş tutacaq.

 

Xəbər xətti