"Neftçi”nin sabiq futbolçusu Samir Məsimovun çıxış etdiyi "Domjale” klubunda baş məşqçi postuna Luka Elsnerin əvəzinə Saymon Rojmanın gətirildiyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, artıq Rojman “Domjale”nin “sükanı arxasında” ilk oyununu da keçirib. Belə ki, Rojman yetirmələrini klubun U-19 komandasıyla yoxlama oyununda sınayıb. Samirin də şans qazandığı oyunda “Domjale”nin əsas komandası gənclərə dərs keçib - 4:0.
Məsimov oyunun 86-cı dəqiqəsində vurduğu qolla komandasının qələbəsinə töhfə verib.
saytlarin hazirlanmasi