“Bavariya”nın sabiq çalışdırıcısı Yupp Haynkes müasir futbolla bağlı fikirlərini paylaşıb. Sportal.az “Die Welt” nəşrinə istinadən məlumat verir ki, təcrübəli mütəxəssis transfer bazarında yaşananlardan məmnun deyil:
“Transfer bazarına baxanda anlayıram ki, futbol ruhunu itirib, biznesə çevrilib. Hər kəs uğura çatmaq üçün tələsir, heç kim səbir etmək istəmir. Digər tərəfdən həyat da belədir. Hansısa səbəbdən nəticə olmayanda, reaksiyalar gecikmir. Bütün bunlar məni qorxudur".
Xatırladaq ki, 71 yaşlı mütəxəssis 1997/98-ci il mövsümündə “Real”, 2012/2013-cü il mövsümündə isə “Bavariya” ilə Çempionlar Liqasının qalibi olub.
saytlarin hazirlanmasi