Argentina yığmasının futbolçusu Xavyer Maskerano komanda yoldaşı Paulo Dibalanı müdafiə edib.
Sportal.az xəbər verir ki, gənc futbolçu DÇ-2018-in seçmə mərhələsində Uruqvayla keçirilən oyunda qırmızı vərəqə alaraq, komandasını azlıqda qoymuşdu. Maskerano açıqlamasında Dibalaya dəstək olub:
"Dibalaya Messini misal çəkdim. Dedim ki, o, yığmada keçirdiyi ilk oyunda qırmızı vərəqə almışdı. Ruhdan düşmə. Messi indi çox yüksəklərdədir və sən də onun kimi ola bilərsən".
Qeyd edək ki, Messi millidə debüt matçını Macarıstana qarşı keçirib və qırmızı vərəqə almışdı.
saytlarin hazirlanmasi