"Arxada qalan il, istər klub, istərsə də yığma baxımından karyeramın ən yaxşı, ən güclü ili oldu. Üstəlik, millimin kapitanı təyin olundum. Bununla qürur duyuram”.
Sportal.az xəbər verir ki, bu sözlər San-Marino millisinin yeni kapitanı Matteo Vitayoliyə məxsusdu.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq millinin futbolçusu oyundan öncə fikirlərini bölüşüb:
"Karyeramın zirvəsindəyəm, bunu da yığmam üçün istifadə etməyə çalışacam. Hər seçmə mərhələnin başlanğıcı eynidir. Rəqibin kimliyindən asılı olmayaraq, hamı eyni xətdən, eyni xal ehtiyatı ilə başlayır. Azərbaycanla oyuna hazırıq. Çətin olacağını bilirik, ancaq əllərimizi də yana salmırıq. Meydana qələbə üçün çıxacağıq”.
saytlarin hazirlanmasi