Millimizin futbolçusu "Fənərbaxça"ya qarşı oynaya bilməyəcək

14:14 - 5 Sentyabr 2016

Azərbaycan millisində oynamasına FİFA tərəfindən rəsmən icazə verilən “Bursapor”un futbolçusu Dəniz Yılmaz zədəsini tam sağaltmayıb.

 

Sportal.az xəbər verir ki, fərdi məşqlər edən hücumçu Super Liqanın 3-cü turunda keçiriləcək "Fənərbaxça" - "Bursaspor" matçına tam hazır ola bilməyəcək. Yılmaz özünü tam hazır hiss etsə də, komandanın baş məşqçisi Hamza Hamzaoğlu riskə getmək istəmir və forvarda daha 1 tur istirahət verəcək.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Bursaspor" qarşılaşması 11 sentyabr Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Xəbər xətti