"Neftçi" və "Qarabağ"ın futbolçuları 14 dəqiqə mübarizə aparacaqlar

12:55 - 6 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsinin G qrupunun keçirilən Albaniya - Makedoniya oyununun güclü yağış səbəbindən yarımçıq dayandırılması barədə məlumat vermişdik.


Sportal.az xəbər verir ki, təxirə salınan oyun bu gün, Bakı vaxtı ilə saat 16:00-da 76-cı dəqiqədən davam etdiriləcək. Qarşılaşma dayandırılan zaman hesab 1:1 idi.

 

Xatırladaq ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli (Albaniya) və "Neftçi"nin üzvü Vançe Şikov (Makedoniya) dünənki oyunda start heyətində meydana çıxmışdılar.

 

Xəbər xətti