Qısa müddət ərzində Türkiyə millisinin aparıcı üzvlərindən birinə çevrilən Əmrə Mor baş məşqçisi Fatih Terimin qəzəbinə tuş gəlib.
Sportal.az xəbər verir ki, buna səbəb gənc futbolçunun davranışları olub. Ötən gecə Xorvatiya ilə matçın 84-cü dəqiqəsində əvəzlənən Əmrə təcrübəli mütəxəssisin qərarına əsəbləşib. O, əl-qol hərəkətləri ilə etiraz edərək ehtiyat oyunçular skamyasına yollanıb. Bunu görən Terim isə futbolçunu soyunub-geyinmə otağına qovub. Oyundan sonra isə məsələyə münasibət bildirən çalışdırıcı Əmrənin ərköyün olduğunu bildirib:
"Əmrə ilə heç bir problemim yoxdur. O, bizim ərköyün uşağımızdır. Komanda yoldaşlarından ona topun az ötürülməsindən narazılığını bildirdi. Mən də bu mövzunu soyunub-geyinmə otağında müzakirə edəcəyimizi bildirib onu ora göndərdim".
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yelunlaşıb.
saytlarin hazirlanmasi