Azərbaycan Premyer Liqasının IV turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlığı Bakıda davam etdirir.
Sportal.az xəbər verir ki, “Şərurspor”a qarşı görüşdən sonra komandaya bir günlük istirahət verən məşqçilər korpusu futbolçuları bu gün bir araya toplayıb. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlıq keçib.
Gəncə təmsilçisinin sentyabrın 7-i (saat 12:00), 8-i (saat 11:00) və 9-na (saat 11:00) təyin olunan məşqləri də eyni yerdə keçiriləcək.
saytlarin hazirlanmasi