DÇ-2018-in seçmə mərhələsində ilk turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, H qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi Estoniyanı qəbul edib. "Qəbələ"nin futbolçusu Sergey Zenyovun formasını geyindiyi Estoniya yığması ağır məğlubiyyətlə üzləşib - 0:5.
"Qarabağ"ın bosniyalı qolkiperi İbrahim Şehiç oyunu ehtiyat oyunçular skamyasından izləyib. Zenyov isə 71 dəqiqədə meydanda olub.
Bosniya və Hersoqovina - Estoniya 5:0
Qollar: Spahiç, 7, 90+2, Dzeko, 23 (pen.), Medunjanin, 71, İbişeviç, 83
saytlarin hazirlanmasi