"Barselona"nın sabiq futbolçusu olan Ronaldinyo futbolçu karyerasını bitirməyə hazırlaşırr.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Nyu York mətbuatına verdiyi açıqlamada gələcəyi ilə bağlı danışıb. Braziliyalı ulduz 1 il də oynadıqdan sonra karyerasını bitirəcəyini deyib:
"36 yaşım var. Artıq yaşlı bir insanam. 1 il də oynayıb futbolu buraxmağı düşünürəm".
Qeyd edək ki, karyerasına ölkəsinin "Qremio" klubunda başlayan Ronaldinyo 2015-ci ilədək meydana çıxdığı 723 matçda 279 qol və 168 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ, "Barselona", "Milan" kimi klublarda oynayan "sambaçı" 2 La Liqa, 1 A Seriası, 1 Çempionlar Liqası, 1 dünya çempionluğunu yaşayıb.
saytlarin hazirlanmasi