Azərbaycan Premyer Liqasının IV turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun Bakı hazırlığını bu gün başa vurub.
Sportal.az xəbər verir ki, komanda sabah Nizami yurduna gələrək matç öncəsi son məşqinə görüşün keçiriləcəyi şəhər stadionunda çıxacaq. Hazırlıq prosesi saat 17:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki "Kəpəz" - "Zirə" matçı 11 sentyabr saat 16:00-da start götürəcək.
saytlarin hazirlanmasi