4 illik fasilədən sonra derbi həyəcanı

13:00 - 10 Sentyabr 2016

Bu gün Şotlandiya Premyer Liqasında V tura start verilir.

 

Sportal.az xəbər verir ki, hesabat turunda azarkeşlər sabah Qlazqo derbisini izləyəcəklər. 4 illik fasilədən sonra "Seltik" və "Reyncers" çempionat matçında üz-üzə gələcəklər.

 

Maraq üçün bildirək ki, "Seltik" son 5 mövsümün dəyişməz çempionudu. 2011/12 mövsümündə maliyyə problemləri səbəbindən "Reyncers"in 4-cü liqaya yuvarlanması "Seltik"in işini çox asanlaşdırmışdı. Ancaq bu rəqabət yenidən qızışır. Belə ki, hazırda birinci pillədə olan "Seltik" in 9, "Reyncers"in isə 8 xalı var. 
 

Qeyd edək ki, komandalar indiyədək 401 dəfə üz-üzə gəlib. Bu görüşlərin 159-u "Reyncers"in, 145-i isə "Seltik"in xeyrinə başa çatıb. 97  qarşılaşmada isə qalib müəyyənləşməyib.

 

Xəbər xətti