Almaniya üçüncü Bundesliqasında 6-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Verder II" (Bremen) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Erat bu görüşə start heyətdə başlayıb. O, 22-ci dəqiqədə komandasına qələbə gətirən qola imza atıb. Futbolçumuz 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 6 turdan sonra "Duysburq" 20 klub arasında 14 xalla 1-ci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi