Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın çıxış etdiyi "Kayserispor" da növbəti matçına çıxıb. Futbolçumuzun komandası doğma meydanda "Qalatasaray"la qarşılaşıb. "Kayserispor" bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Ötən tur "Fənərbaxça"ya qol vuran Ufuk bu görüşə də start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kayserispor" 3 turdan sonra 2 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi