Gürcüstan çempionatında V turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Rasim Ramaldanovun komandası “Kolxeti” növbəti görüşünə çıxıb.
Səfərdə “Samtredia”nın qonağı olan Poti təmsilçisi meydanı məğlub tərk edib – 0:2. Start heyətində mübarizəyə qoşulan Ramaldanov isə görüşü əvəzedilmədən keçirib.
Qeyd edək ki, cari mövsümdə ikinci məğlubiyyətini alan “Kolxeti" 9 xalla 2-ci yerdədir.
saytlarin hazirlanmasi