Azərbaycanlı futbolçu komandasına qələbə qazandırdı

19:18 - 12 Sentyabr 2016

Latviya 1-ci liqasında 22-ci turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, həmyerlilərimiz Orxan Həsənəliyevlə Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne" səfərdə "Oqre" ilə üz-üzə gəlib. Hər iki futbolçumuzun start heyətində meydana çıxdığı oyun minimal hesabla "Olayne"nin qələbəsiylə nəticələnib. Oyunda yeganə qolu Vüqar vurub. O, 10-cu dəqiqədə hesabı açıb. Komandasının bombardiri olan hücumçu 83-cü dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.

 

Bununla da, millimizin sabiq forvardı vurduğu qolların sayını 27-yə çatdırıb. Həsənəliyev isə cari mövsümdə 9 qol vurub.

 

Hazırda hesabında 46 xal olan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti