Gənclərdən ibarət milli komandamızın üzvü Mətin Gülərin çıxış etdiyi "Beşiktaş"ın 19 yaşlı futbolçulardan ibarət komandası UEFA gənclər liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, "qara qartallar" "Benfika"nın qonağı olub. Qarşılaşmada hesab açılmayıb.
Sözügedən oyunda millimizin üzvü oynamaq şansı qazanmayıb. Onun adı oyunun iştirak ərizəsinə daxil edilsə də, ehtiyat oyunçular skamiyasında oturub.
saytlarin hazirlanmasi