UEFA-nın yeni prezidenti məlum oldu

13:13 - 14 Sentyabr 2016

Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın növbədənkənar Konqresi keçirilib.

 

Sportal.az xəbər verir ki, tədbirdə qitənin ali futbol qurumuna yeni prezident seçilib. Seçkidə Azərbaycan da daxil olmaqla UEFA-nın üzvü olan 55 futbol federasiyası səs verib. Prezidentliyə iki nəfər – Aleksander Çeferin (Sloveniya) və Mixael van Praaq (Hollandiya) iddia edib. Seçkinin nəticəsinə əsasən, Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib.

 

AFFA seçkidə Aleksander Çeferinin namizədliyini dəstəkləyib.


Qeyd edək ki,UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.


Əlavə edək ki, qurumun prezidenti Mişel Platini rüşvət almaqda təqsirləndirildiyi üçün FIFA tərəfindən futboldan uzaqlaşdırılıb.

Xəbər xətti