Milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə Super Liqasının 4-cü turu çərçivəsində səfərdə "Alanyaspor"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi oyunun hazırlıqlarını tamamlayaraq Alanyaya yola düşüb. Baş məşqçi Ərsun Yanal millimizin üzvünü səfərə aparılan heyətə daxil etməyib.
Xatırladaq ki, Şeydayev ilk 3 turun qarşılaşmalarında da 18 nəfərlik heyətdə yer almamışdı.
Qeyd edək ki, “Alanyaspor” – “Trabzonspor” görüşü sentyabrın 17-də keçiriləcək.
saytlarin hazirlanmasi