Almaniya üçüncü Bundesliqasında 7-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın çıxış etdiyi "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Verhen"in qonağı olub. Futbolçumuzun komandası bu oyundan 0 - 3 hesablı məğlubiyyətlə ayrılıb.
Erat bu görüşə start heyətdə başlayıb. O, 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, məğlub olmasına baxmayaraq 7 turdan sonra "Duysburq" 20 klub arasında 14 xalla 1-ci yerdə qərarlaşıb.