Millimizin üzvü oynamadı, komandası darmadağın oldu

17:40 - 17 Sentyabr 2016

Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Almere Siti" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1 - 4 hesablı məğlubiyyətlə ayrılıb.

 

Millimizin üzvü bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Den Boş" 7 turdan sonra 7 xalla 20 komanda arasında 16-cıdır.

Xəbər xətti