"Emin və Ramil Rusiya millisinə uyğun deyil"

11:05 - 19 Sentyabr 2016

Rusiya mətbuatında Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan millisini seçmələri ilə bağlı müzakirələr davam edir.


Sportal.az xəbər verir ki, son olaraq "Spartak"ın sabiq baş məşqçisi Valeri Karpin məsələyə öz münasibətin bildirib.

 

Ötən mövsüm Armavir "Torpedo"sunu çalışdırmış mütəxəssis futbolçuların Azərbaycan yığmasında oynamasını Rusiya millisi üçün itki hesab etməyib:

 

"Bu onların seçimidi. Adıçəkilən futbolçular Rusiya millisinin səviyyəsinə uyğun deyil. Buna görə də Azərbaycan millisini seçdilər. Onlar bizim üçün böyük itki deyil. Yəqin ki, rahatlıqla Azərbaycan millisində oynaya bilərlər. Rusiya yığması Emin və Ramillə daha güclü ola bilməzdi. Onlar milliyə uyğun deyildilər”.

 

Xəbər xətti