Türkiyə Kubokumda II mərhələnin qarşılaşmaları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" doğma azarkeşləri önündə Həvəskarlar Liqasında mübarizə aparan "Serhat Ardahanspor" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Türkiyə mətbuatının yazdığına görə rəqibin zəif olduğunu nəzərə alan Ersun Yanal sabahkı qarşılaşmada Şeydayevə əsas heyətdə şans verəck. O, forma şansı qazansa, ilk dəfə rəsmi matçda debüt edəcək.
Qeyd edək ki, "Hüseyn Avni Aker" stadionunda keçiriləcək qarşılaşma sabah saat 20:00-da start götürəcək və "A Spor" kanalından izləyicilərə canlı təqdim olunacaq.
saytlarin hazirlanmasi