Tuğrul Eratın komandası yenə xal itirdi

13:06 - 21 Sentyabr 2016

Almaniya üçüncü Bundesliqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Tuğrul Eratın komandası "Duysburq" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Holştayn Kil"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Erat bu görüşə start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 8 turdan sonra "Duysburq" 20 klub arasında 15 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti