Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev bu gün “Trabzonspor”da rəsmi debüt edib.
Sportal.az xəbər verir ki, bu, Qara dəniz təmislçisinin bu gün Türkiyə kubokunun ikinci turunda həvəskarlar liqasında yarışan “Serhat Ardahanspor”la qarşı keçirdiyi görüşdə baş verib.
Şeydayev oyunun 64-cü dəqiqəsində meydana daxil olub. O, Mehmet Ekicini əvəzləyib. Ramil rəsmi debüt görüşündə komandasının 6-cı qolunu vurub. Millimizin hücumçusu 85-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, "Trabzonspor" - "Serhat Ardahanspor" matçı 1-cilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb.