Rasim Ramaldanov komandasına qələbə qazandırdı

14:33 - 22 Sentyabr 2016

Millimizin üzvü Rasim Ramaldanov Gürcüstanın "Kolxeti 1913” klubunun heyətində ikinci qolunu vurub. 

 

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ölkə kubokunun II təsnifat mərhələsində "Sioni” ilə  səfər oyununda fərqlənib. Start heyətində meydana çıxan və sona qədər mübarizə aparan Ramaldanov 39-cu dəqiqədə hesabı açıb. Bu, oyunda yeganə qol olub. Bu qələbə sayəsində "Kolxeti 1913” növbəti mərhələyə yüksəlib.

 

Qeyd edək ki, Ramaldanov Gürcüstanda ilk qolunu da məhz “Sioni”nin qapısına vurmuşdu.

Xəbər xətti