"Kəpəz"in Müşahidə Şurasının növbəti iclası keçirilib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, iclasda Cabir İbrahimov "Kəpəz" Peşəkar Futbol Klubunun icraçı direktoru təyin olunub.
Mehman Allahverdiyev isə səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə işdən azad olunub.
Qeyd edək ki, Mehman Allahverdiyev əvvəllər "Kəpəz"in baş məşqçisi vəzifəsində də çalışıb.
saytlarin hazirlanmasi