Bu gün Portuqaliya Premyer Liqasında 6-cı tura start veriləcək.
Sportal.az xəbər verir ki, milli komandamızın futbolçular Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta" klubu səfərdə "Portu"nun qonağı olacaq. "Əjdahalar"a qarşı keçiriləcək matçda Kamran Ağayevin yeni klubunda ilk oyununu keçirəcəyi gözlənilir.
Belə olacağı təqdirdə azarkeşlər İker Kasilyas və Kamran Ağayev duelinə tamaşa edəcəklər.
Qeyd edək ki, "Portu" - "Boavişta" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
saytlarin hazirlanmasi