İngiltərə millisinin baş məşqçisi 400 min rüşvət alıb VİDEO

15:37 - 27 Sentyabr 2016

İngiltərə Futbol Federasiyasının 2008-ci ildən etibarən qadağan etdiyi “3.parti” adlı təşkilata aid transfer əməliyyatının adıçəkilən ölkənin milli komandasının baş məşqçisi Sem Ellardeys tərəfindən yenidən istifadə olunduğu ortaya çıxıb.

 

Sportal.az xəbər verir ki, 400 min funt-sterlinq rüşvət qarşılığında məşqçi bu qadağanı pozub. Onun bu hərəkəti jurnalistlər tərəfindən sübuta da yetirilib. “The Telegraph” nəşrinin müxbirləri 10 aylıq araşdırmadan sonra bunu üzə çıxarıblar. Sem Ellardeys gizli səsyazmalardan xəbəri olmadan nəşrin müxbirlərinə bu təşkilata aid transferləri hər kəsin etdiyini deyib.

 

61 yaşlı mütəxəssis İngiltərə millisinə baş məşqçi təyin olunmamışdan öncə də bu transferlərlə məşğul olduğunu bildirib. O, yığma komandaya gəldikdən sonra da buna davam edib.

 

Özlərini Ellardeysə iş adamı olaraq təqdim edən jurnalistlər məşqçiyə Federasiyanın qadağasını xatırlatsalar da, mütəxəssis onlara “burada böyük pullar var və qadağa heç bir problem yaratmaz” deyib.

 

İngiltərə Futbol Federasiyasının rəhbəri Qreq Klark çıxan xəbərlərin ardından təcili toplantı çağırıb. O, baş məşqçini istefaya göndərməmişdən öncə mətbuata açıqlama verərək bunları deyib: “Qəti qərar verməzdən öncə hər şeyi dəqiqləşdirmək istəyirəm. Belə durumlarda qərar verməmişdən öncə nəfəs almaq lazımdı”.

 

Xəbər xətti