“Kəpəz” Azərbaycan Premyer Liqasının VII turunda səfərdə “Neftçi” ilə keçirəcəyi oyunun hazırlığına başlayıb.
Sportal.az xəbər verir ki, “Qarabağ”la oyundan sonra Bakıya qayıdan “sarı-göylər” dünən bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçiblər. Bu gün isə futbolçular meydanda məşqə çıxıb. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib.
Qeyd edək ki, "Kəpəz" oktyabrın 1-də "Əlincə Arena"da "Neftçi"nin qonağı olacaq.
saytlarin hazirlanmasi