Erata şans verilmədi

13:03 - 2 Oktyabr 2016

Almaniya üçüncü Bundesliqasında 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü olan Tuğrul Eratın komandası "Duysburq" "Çemnister" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Eratın adı bu görüşün iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Duysburq" 10 turdan sonra 21 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti