Gürcüstan çempionatında VII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Rasim Ramaldanovun komandası "Kolxeti" doğma meydanda "Zuqdidi" ilə qarşılaşıb. Poti təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:0. Təcrübəli müdafiəçi bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 7 turdan sonra 12 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi