İspaniya Sequndasında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Kadis" səfərdə "Rayo Valyekano" ilə qarşılaşıb və görüşdən 0:3 hesablı məğlubiyyətlə ayrılıb.
İsrafilov start heyətdə meydana çıxıb. O, 68-ci dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Bu üzdən də Eddinin millimizin qarşıdakı Norveç və Çexiya ilə seçmə mərhələ oyunlarında iştirakı sual altına düşüb.
"Kadis" 8 turdan sonra 8 xalla 22 klub arasında 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi