Millimizlə oyun öncəsi Çexiyanın daha bir futbolçusu zədələndi

11:23 - 5 Oktyabr 2016

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi olan Çexiya yığmasının daha bir futbolçusu zədələnib.

 

Sportal.az xəbər verir ki, yığmanın hücumçusu Milan Şkoda sıradan çıxıb. 30 yaşlı forvard "Slaviya"nın heyətindən yığmanın düşərgəsinə zədəli qoşulub. Onun oktyabrın 8-də Almaniyaya qarşı oynamayacaq.

 

Milan Şkodanın millimizlə qarşılaşmada oynayıb-oynamayacağı isə sual altındadır.

 

Qeyd edək ki, Çexiya - Azərbaycan görüşü oktyabrın 11-də keçiriləcək.

Xəbər xətti