DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan qarşılaşmasının hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Matey Yuq olacaq. Onun köməkçiləri Tomaş Klaçnik və Manuel Vidalidir. Dördüncü hakim funksiyasını isə Mitya Jqaneç yerinə yetirəcək.
Xatırladaq ki, sözügedən qarşılaşma oktyabrın 11-də, saat 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi