DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Çexiya - Azərbaycan görüşünün sloveniyalı referi Matey Yuqun idarə edəcəyi haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, 36 yaşlı referi hər iki millinin 1 oyununu idarə edib. Yuq DÇ-2014-ün seçmə mərhələsində baş tutan Azərbaycan - İsrail (1:1) görüşündə ədalət sahibi olub. O, İsrailin 3 futolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Sloveniyalı referi Çexiyanın DÇ-2014-ün seçmə mərhələsində Malta ilə səfər qarşılaşmasını idarə edib. Oyun Çexiyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Yuq hər iki komandanın 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 11-də baş tutacaq.
saytlarin hazirlanmasi