Norveç millisi Bakıya ciddi itki ilə gəlir

14:30 - 5 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Norveç yığması ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, millinin dayaq yarımmüdafiəçisi Hovard Nordtveyt zədələnib. "Vest Hem"in 26 yaşlı futbolçusu millimizlə oyunda iştirak etməyəcək.

 

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç matçı saat 20:00-da başlayacaq. 

Xəbər xətti