"Kəpəz"də istirahət bitir

16:54 - 5 Oktyabr 2016

Azərbaycan Premyer Liqasında ilk dövrənin son oyununda “Neftçi”yə məğlubiyyətdən sonra 4 günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri sabah bir araya gələcək.

 

Sportal.az xəbər verir ki, komanda məşqləri Bakıda bərpa edəcək. “Sarı-göylər” hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək.

 

Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub.

Xəbər xətti