Argetina millisinin üzvü Anxel di Mariya karyerası ilə bağlı maraqlı açıqlamalar verib.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ulduz futbolçu milli ilə daha bir finalda uduzacağı təqdirdə yığma karyerasını başa vuracağını bildirib:
"Lionel Messinin komandandan ayrılmaq fikrindən sonra qayıdacağını düşünmürdüm. Bu cür düşüncələr bizim də ağlımızdan keçirdi. Bu, bizim və ailəmiz üçün də çətin idi. Belə mürəkkəb zamanda həqiqətən millini tərk etməyi fikirləşirdim. Həmin an mənə daha peşəkar insanlar dəstək oldular. Həyat yoldaşım və atam mənə yığmada qalmağı tövsiyyə etdilər. Bunu edəcəyimi düşünmək mümkünsüz idi. Onlar mənə bir psixoloq kimi məsləhət verdilər. Lakin daha bir finalda məğlub olsam, milli karyeramı bitirəcəm".
Qeyd edək ki, PSJ-də çıxış edən Anxel di Mariya 2008-ci ildən Argetina millisində forma geyinir. 28 yaşlı yarımmüdafiəçi yığmada 77 oyun keçirib və 17 qol vurub.
saytlarin hazirlanmasi