Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev işsiz qalıb.
Sportal.az xəbər verir ki, əslən azərbaycanlı olan yarımmüdafiəçi Qazaxıstanın “Taraz” klubu ilə mövcud müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Futbolçunun ailə problemləri səbəbi ilə belə bir addım atdığı bildirilir.
Qeyd edək ki, 31 yaşlı Əliyev karyerası ərzində Kiyev “Dinamo”su, “Dnepr”, “Lokomotiv” və “Anji” klublarında çıxış edib.
saytlarin hazirlanmasi